BAKI, 3 apr — Sputnik. "Sankt-Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Rossiya 24” telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib.
Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə Kurennoy bildirib ki, məsələ ilə istintaq orqanları məşğul olacaqlar.
Sankt-Peterburq metrosunda bu gün baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb, 50 nəfər yaralanıb.