BAKI, 3 apr — Sputnik. "Əgər lazım gəlsə, partlayış nəticəsində ölənlərin ailələrinə və yaralananlara şəhər hakimiyyəti və federal hakimiyyət bütün zəruri dəstəyi göstəcək".
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verərkən deyib. Hadisə baş verən saatlarda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşən Putin bildirib ki, partlayışla əlaqədar bütün versiyalar araşdırılır. Prezident hələlik partlayışın səbəblərinin məlum olmadığını bildirib.