BAKI, 1 apr — Sputnik. Rusiyanın Xarici İşlər Nazirliyi 1 aprel münasibətilə Facebook hesabında "Rusiyanın diplomatik nümayəndəlikləri üçün telesekretar" səs qeydini yayımlayıb.
Rusiyanın xaricdəki səfirliklərində istifadə edilən telesekretarın yamsılandığı səs qeydində bu ifadələr işlədilib:
"Diplomatlarımızın siyasi rəqiblərinizi aramasını istəyirsinizsə 1-ə, rus hakerlərin xidmətlərindən yararlanmaq istəyirsinizsə 2-yə, seçkilərə müdaxilə məsələsi ilə bağlı 3-ə basın və seçki kampaniyasının başlamasını gözləyin".
Bunun ardından "telesekretar"dakı səs "diqqət, xidmətin keyfiyyətini artırmaq üçün danışıqlarımız qeydə alınacaq" deyə əlavə edir.
Sözügedən səs qeydi rus və ingilis dillərində yayımlanıb.