Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin hələ ötən il üçün planlaşdırıldığına baxmayaraq, obyektiv səbəblərdən bu, cari ilin aprelin 1-nə təxirə salınıb.
Qeyd edək ki, sözügedən səfərin gündəliyi dəyişməyib. Bu, gündəliyin çoxplanlılığından və Xəzər regionu üçün əhəmiyyətindən xəbər verir.
Qazaxıstan prezidentinin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş videokörpü aprelin 4-də saat 12:00-da olacaq.
Səfər zamanı aparılan danışıqların iki ölkə arasındakı münasibətlərə necə təsir edəcəyindən danışacaqlar:
Bakıda – politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov;
Astanada — “Nur Otan” partiyasının İctimai Siyasət İnstitutunun direktor müavini Vladimir Telnov.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.