BAKI, 30 mart — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin 1 fevral 2017-ci il tarixdən etibarən Rusiya vətəndaşları üçün sadələşdirilmiş viza rejiminə keçməsi Dubaya gələn rus turistlərin sayını 84% artırıb. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Dubay Turizm və Ticarət Marketinq Departamenti məlumat yayıb.
Xatırladaq ki, bu il yanvar ayının 29-da BƏƏ-nin baş naziri Məhəmməd bin Rəşid əl Məktumun təsdiq etdiyi fərmana əsasən, rus vətəndaşları ölkəyə giriş əsnasında, sərhəddə asanlıqla viza ala bilərlər.