BAKI, 28 mart — Sputnik. Azərbaycan əsilli iş adamı Vahid Ələkbərova məxsus "Lukoyl" şirkəti Rusiyadakı yanacaqdoldurma məntəqələrinin, təxminən 30%-ə qədərini satmağı nəzərdən keçirir. Söhbət 700 yanacaqdoldurma məntəqəsindən gedir.
Sputnik Azərbaycan "Marja"-ya istinadən xəbər verir ki, "Lukoyl", Rusiyada biznesin rentabelliyinin aşağı düşməsi səbəbindən satış imkanlarını nəzərdən keçirir. "Lukoyl" Rusiyada 2544 yanacaqdoldurma məntəqəsinə malikdir.