BAKI, 27 mart — Sputnik. "Rusiya vətəndaşlarının tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə giriş-çıxış edə bilmələri üçün çalışırıq. Hazırda hava limanlarında şəxsiyyətləri avtomatik oxuya bilən cihazlar qurulur".
Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. Antalyadakı Rusiya Mədəniyyət Dərnəyinin təşkil etdiyi konfransa qatılan Çavuşoğlu dərnəyin rəhbəri İrina Balcı və yerli ruslarla görüşüb. Bəzi kəlimələri rus dilində işlədən nazirin bu bacarığı diqqət çəkib.
"İndi bizim ruslarla münasibətlərimiz normallaşıb. Ona görə də, vizasız, pasportsuz gediş-gəliş məsələlərini müzakirə edə bilərik. Ən azından, ilk addımı biz atmaq istədik. Rusların ölkəmizə xarici pasport olmadan, tək şəxsiyyət vəsiqəsi ilə gələ bilmələri üçün çalışırıq" — Mövlud Çavuşoğlu bildirib.