BAKI, 24 mart — Sputnik. Forbes jurnalı ənənəvi dollar milyarderləri siyahısını açıqlayıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, əvvəlki araşdırmalarda da birinci yerdə olan Leonid Mixelson yenə Rusiyanın ən varlı adamı olub. Təbii qaz şirkəti "Novatek" ilə qaz və neft-kimya şirkəti "Sibur"un ən böyük ortaqlarından olan Mixelsonun var-dövləti bir ildə 4 milyard dollar artaraq 18,4 milyarda yüksəlib. Mixelson Forbes-ə görə dünyanın ən varlı 46-cı şəxsidir.
Rusiyanın ən varlıları siyahsıdında ikinci yerdə isə dəmir kralı “Severstal”-ın idarə heyətinin rəhbəri Aleksey Mordaşovdur. Mordaşovun sərvəti bir ildə 6,8 milyard dollar artaraq 16,1 milyard olub.
“Forbes”ə görə Rusiyanın digər oliqarxları və onların sərvəti aşağıdaki kimidir:
Gennadi Timçenko (Volqa Qrup):16 milyard dollar
Alişer Usmanov (USM Holdinq): 15,2 milyard dollar
Vahid Ələkbərov (Lukoil): 14,5 milyard dollar
Mixail Fridman (Alfa Group): 14,4 milyard dollar
Vladimir Potanin (İnterros): 14,3 milyard dollar
Andrey Melniçenko (SUEK): 13,2 milyard dollar
Viktor Vekselberq (Renova): 12,4 milyard dollar