BAKI, 24 mart — Sputnik. Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum olub.
Sputnik Azərbaycan-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 02:30 radələrində baş verib.
Bir qrup silahlı hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı silahlılar məhv ediliblər.
Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilərdən 6 nəfər həlak olub. 3 hərbçi yaralanıb.