Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bir sürü it qıza hücum etdi: prokurorluq istintaqa başladı

CC0 / Yolanda / dogQuduz it, arxiv şəkli
Quduz it, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərin mərkəzindəki küçədə bir neçə it qıza hücum edərək onu yerə yıxıblar və dişləməyə başlayıblar

BAKI, 19 mart — Sputnik. Rusiyanın Krasnoyarsk şəhərində küçə itləri 9 yaşlı qıza hücum ediblər. 

Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən məlumat verir.

İlkin məlumata əsasən, şəhərin mərkəzindəki Qladkov küçəsində bir neçə it qıza hücum edərək onu yerə yıxıblar və dişləməyə başlayıblar. Qızın köməyinə atası və yoldan keçənlər gələrək itləri qovublar. Qız xəstəxanaya aparılıb və müalicə olunur.

Hazırda prokurorluq orqanları sözügedən ərazidə küçə itlərinin yığışdırılmasına cavabdeh olan təşkilatı aydınlaşdırırlar.

Xəbər lenti
0