BAKI, 17 mart — Sputnik. 1920-ci il martın 17-də bolşevik Rusiyasının rəhbəri Vladimir Lenin Bakını işğal etmək barədə Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına teleqram göndərib.
İnqilab Şurasının üzvləri İvar Smilqa və Serqo Orcenikidzeyə göndərilən teleqramda deyilirdi: “Bakını zəbt etmək bizə olduqca zəruridir, bütün səylərinizi buna verin”.
Bir ay sonra (28 aprel) Bakı nefti bolşeviklərin əlinə keçdi.