BAKI, 15 mart — Sputnik. NATO-nun "Stratcom" Strateji kommunikasiyalar mərkəzi "Stratcom gülür. Analitik əsas axtarışında" adlı tədqiqatında "Şən və Hazırcavablar Klubu" yumoristik verilişini "siyasi strateji kommunikasiya aləti" adlandırıb.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu tədqiqatın sifarişi Latviya Müdafiə Nazirliyidir. Tədqiqatçılar Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun "Parapaparam" ŞHK komandasının çıxışlarını araşdıraraq bu nəticəyə gəliblər.
"ŞHK-nı kommersiya məhsulu və biznes-model kimi götürmək olar. Bu biznesin inkişaf səbəbi "ŞHK" brendinin sahibinin Kremllə xüsusi əlaqələrinin olmasındadır" — Stratcom-un hesabatında bildirilir.
Tədqiqat müəllifləri iddia edirlər ki, "ŞHK-maşını"nın sayəsində Kreml "rejimə xidmət edəcək strateji, spesifik auditoriyaya çıxış əldə edir".