BAKI, 14 mart — Sputnik. Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların 3-cü mərhələsi başlayıb. Sputnik xəbər verir ki, toplantıda Türkiyə, İran və Rusiya xarici işlər nazirliklərinin təmsilçiləri, Suriya müxalifəti və Bəşər Əsəd rejiminin nümayəndələri iştirak edirlər.
Qazaxıstan hökumətinin məlumatına görə, bugünkü ilkin məsləhətləşmələrdən sonra, sabah geniş müzakirələr keçiriləcək.