BAKI, 14 mart — Sputnik. "Enerji və ərzaq məhsullarının Rusiyaya ixracı cənab Ruhaninin Moskvaya səfərində gündəmə gələ bilər". Sputnik xəbər verir ki, bunu Rusiya Ticarət Palatasının İrandakı nümayəndəsi Andrey Luqanski deyib.
"Bildiyimiz kimi, martın 28-də İran prezidenti Rusiyaya rəsmi səfər edəcək. Onun cənab Vladimir Putinlə geniş tərkibdə görüşü gözlənilir. Bu görüşdə bir çox məsələlər müzakirə olunacaq. Əsas da, İranın enerji və ərzaq məhsullarının Rusiyaya ixracı məsələsi geniş müzakirə edilə bilər. Bu, olduqca önəmlidir" — deyə A. Luqanski bildirib.