BAKI, 13 mart — Sputnik. 1992-ci il martın 13-də Finlandiyanın paytaxtı Helsinkidə ATƏM-in (1995-ci ildən ATƏT) rəhbər komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk təcili iclası çağırılıb.
İclasın yekunu olaraq martın 24-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in təşkilatşılığı ilə beynəlxalq konfransın çağırılması (Belarusun paytaxtı Minsk şəhərində) qərara alındı.
Bu proseslər daha sonra münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupu təşkil edilməsinə səbəb oldu.