BAKI, 11 mart — Sputnik. ABŞ, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin ölüm səbəbinin diplomatik səbəblərlə açıqlanmayacağını bildirib.
Nyu-Yorkda həyatını itirmiş Vitali Çurkinin cəsədi yarılandan sonra ABŞ belə bir qərara gəlib.
Sputnik Azərbaycan habertürk-ə istinadla xəbər verir ki, Nyu-York məhkəmə-tibbi ekspertizası 64 yaşındakı rus səfirin ölüm səbəbinin diplomatik səbəblərlə açıqlanmayacağını bildirib.
Qeyd olunur ki, 2006-cı ildən bəri bu vəzifəni icra edən Çurkinin ölümündən sonra Rusiya Xarici İşlər Nazirliyinin ekspertizaya bir yazı göndərərək yarılma nəticələrinin açıqlanmamasını istədiyi bildirilib.
Vitali Çurkin iş ofisində infarkt şübhəsi ilə 20 fevralda xəstəxanaya aparılmış, ancaq bütün müdaxilələrə baxmayaraq həyatını itirmişdi.
İlkin təyinetmələrə görə, infarktdan öldüyü anlaşılan Çurkinin qəti ölüm səbəbinin təyin olunması üçün yarılmaya qərar verilmişdi.