Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dəmiryol istifadəçilərinə şad xəbər

© Sputnik / Murad OrujovЖелезная дорога, фото из архива
Железная дорога, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaq barədə razılığa gəliblər

BAKI, 11 mart — Sputnik. Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaqla bağlı razılığa gəliblər.

Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadla xəbər verir ki, məqsəd "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşdırılmasıdır.

"İran Dəmir Yolları" şirkətinin sədr müavini Hüseyn Aşuri bildirib ki, qərar Moskvada 3 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib.

Sözügedən görüşdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən yüklərin daşınması prosesinin təşkili, eləcə də Astarada İranın sərhəd terminalının tranzit imkanlarının inkişafı da müzakirə edilib.

Üçtərəfli görüşdə yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana, eləcə də əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu olub.

Xəbər lenti
0