BAKI, 9 mart — Sputnik. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi sanksiyaları ləğv edib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, qərarı Rusiyanın Baş naziri Dmitri Medvedyev imzalayıb.
O, bu barədə türkiyəli həmkarı Binəli Yıldırıma telefonda danışarkən məlumat verib. Danışıq zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 martda Moskvaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşü də müzakirə edilib.