BAKI, 8 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2018-ci ildə həkimlərin maaşı bölgə üzrə adambaşına orta gəlirin 200% həcmində olmalıdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya lideri Bryanskda həkimlərlə görüşü zamanı deyib.
O, həmçinin tibb bacılarının maaşının 2018-ci ildə bölgə üzrə orta gəlirin 100% həcmində olmalı olduğunu qeyd edib.
"Mən bu göstəricilərə nail olacağımızı dəqiq bilirəm" — Putin bildirib.