QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Son hadisələr Moskvanın siyasətinə təsir göstərib”

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Sadıxov: “Əgər əvvəl Lavrov tərəflərin mövqeyinin yaxınlaşmaq ərəfəsində olduğunu deyirdisə, bunu artıq təkrar etmir”

Fikrət Sadıxov: “Azərbaycan heç vaxt öz torpaqlarının azad olunması fikrindən yayınmayacaq və bunu mütləq nə vaxtsa edəcək”
“Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Politoloq Fikrət Sadıxov deyir ki, bu görüşdə mövqelərin yaxın olmadığı yenə təkrar olundu: “Əgər əvvəl Lavrov tərəflərin mövqeyinin yaxınlaşmaq ərəfəsində olduğunu deyirdisə, bunu artıq təkrar etmir. Son hadisələr Moskvanın Cənubi Qafqaz siyasətində addımlarına müəyyən təsir göstərib”.

“Onlar yaxşı dərk edirlər ki, Azərbaycan heç vaxt öz torpaqlarının azad olunması fikrindən yayınmayacaq və bunu mütləq nə vaxtsa edəcək. Bu reallıqdır. Düşünürəm ki, bu mövqe nazirlərin görüşündə daha konkret Moskvaya çatdırılıb” — deyə o bildirib.

Xəbər lenti
0