BAKI, 7 mart — Sputnik. Amerika Birləşmiş Ştatları (ABŞ) İŞİD-in qalası hesab olunan Raqqa əməliyyatını PYD terrorçuları ilə birgə həyata keçirəcək. Sputnik Türkiyə xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin köşə yazarı Əbdülqadir Səlvi bu günkü məqaləsində yazıb.
Yazarın sözlərinə görə, əməliyyata İraq ordusu da qatılacaq. Bundan başqa, Əbdülqadir Səlvi Menbiçdəki vəziyyətə də toxunub. ABŞ və Rusiya arasında gizli anlaşma olduğunu yazan Səlvinin məlumatına görə, hər iki ölkə Türkiyəni Menbiçə soxmamaq barədə razılıq əldə edib.
Məsələ ilə bağlı rəsmi Ankaradan hələlik heç bir açıqlama verilməyib.