Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiselyov: "Bakıya silah satılmasında siyasi məna axtarmaq lazım deyil"

© Sputnik / Murad OrujovГенеральный директор международного информационного агентства "Россия сегодня" Дмитрий Киселев
Генеральный директор международного информационного агентства Россия сегодня Дмитрий Киселев - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Kiselyov: "Bu məsələdə siyasi tərkib axtarmaq lazım deyil. Bu ticarət Azərbaycan və Rusiya arasındakı münasibətlərin bir hissəsidir".

BAKI, 6 mart — Sputnik. Rusiya dünyada ikinci ən böyük silah satan ölkədir və demək bazara, beynəlxalq salonlara silah çıxarır və oradan Azərbaycan digər ölkələr kimi bu silahı alır. Bu barədə "Rossiya seqodnya" BİA-nın rəhbəri Dmitri Kiselyov Sputnik Ermənistan-ın multimedia mətbuat mərkəzində jurnalistlərə bildirib.

"Bu məsələdə siyasi tərkib axtarmaq lazım deyil. Bu ticarət Azərbaycan və Rusiya arasındakı münasibətlərin bir hissəsidir. İşgüzar münasibətlərin olması münasibətlərin heç olmamasından yaxşıdır" — Kiselyov deyib.

Kiselyovun sözlərinə görə, Rusiya bölgədə balansın qayğısına qalmalıdır və Ermənistanın təhlükəsizliyi regional konstruksiyanın nəticəsidir: "Söhbət Rusiyanın Azərbaycan, Türkiyə ilə qurduğu münasibətlərdən, Ermənistanın Azərbaycanla münasibətlərindən və s. gedir".

Xəbər lenti
0