BAKI, 5 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu ay Moskvada iki ölkənin liderləri ilə görüş keçirməyi planlaşdırır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Putin martın 9-da İsrailin baş naziri Benyamin Netanyahu, 10-da isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək fikrindədir.
Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, hər iki görüşdə əsas müzakirə mövzusu Suriya böhranı olacaq.