BAKI, 3 mart — Sputnik. Rusiya Baş Qərargahının Hərbi əməliyyatlar üzrə komitə sədri Sergey Rudskoy, PYD-nin nəzarətindəki Menbiçin, Suriya ordusuna təslim ediləcəyini söyləyib.
Sputnik Türkiyə xəbər verir ki, Rudskoy, təşkil etdiyi mətbuat konfransında PYD-nin ərazidən çəkilməyi qəbul etdiyini və Menbiçi Bəşər Əsəd rejiminə bağlı orduya təslimə razı olduğunu deyib.
Mövzu ilə bağlı açıqlama verən Türkiyənin müdafiə naziri Fikri İşıq, PYD, Əsəd rejimi və İŞİD-in birgə hərəkət etdiyini söyləyib.
"Öncə İŞİD bəzi yerləri rejimə verdi. İndi də gördüyümüz kimi PYD, YPG bəzi yerləri rejimə tərk edir. Bu əslində İŞİD, PYD və Bəşər Əsədin birlikdə hərəkət etdiyini göstərir".