Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Donald Trampla həmrəy olduğunu bəyan etdi

© Sputnik / Kirill kalinnikov / Mediabanka keçidMoskvada Kreml
Moskvada Kreml - Sputnik Azərbaycan
Abunə olmaq
Peskov: "Donald Trampın ABŞ mediasının "cadugər ovu"na çıxdığı barədə fikrini bölüşürük"

BAKI, 3 mart — Sputnik. Kreml ABŞ prezidenti Donald Trampın Amerika KİV-nin Rusiya səfiri Sergey Kislyakın administrasiya ilə əlaqələrinə dair "cadugər ovu"na çıxdığı barədə verdiyi qiyməti bölüşür. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Trampın bu barədə tutarlı cavabına bizim heç bir əlavəmiz yoxdur" — deyə Peskov jurnalistlərlə söhbətində bildirib.

O, Trampın kürəkəni Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri ilə görüşü və Moskva ilə əlaqələrə dair ABŞ mediasının yazdığı digər məqalələri şərh edərkən Amerika prezidentinin "cadugər ovu" sözünü xatırladıb.

Tramp administrasiyasının Rusiya nümayəndələri ilə əlaqələri ABŞ-da bir sıra böyük qalmaqallara səbəb olub. Bununla əlaqədar olaraq, artıq prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn istefa verib. O, etiraf edib ki, ötən ilin dekabrında rusiyalı diplomatla danışıqlar barədə Ağ Evə ətraflı məlumat verməyib.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da CNN-in müxbiri ilə söhbətində telekanalı Rusiya-ABŞ rəhbərliyinini münasibətlərinə dair yalan məlumatlar yaymaqda günahlandırıb. "CNN Kislyakı Rusiya agenti olmaqda və ABŞ rəhbərliyini agent etmək istiqamətdə işlər görməkdə günahlandırıb. Aman Tanrım. Artıq yalan danışmaqdan və yalan xəbər yaymaqdan vaz keçin. Bu, CNN-ə tövsiyəmdir" — deyə Zaxarova həftəlik mətbuat konfransından sonra ona yaxınlaşan CNN əməkdaşına bildirib.

Xəbər lenti
0