QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan XİN gürcüstanlı jurnalisti "qara siyahı"dan çıxardı

© Sputnik / Murad OrujovAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Qurami Roqavanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib

BAKI, 2 mart — Sputnik. Gürcüstan vətəndaşı, "TV İmedi" telekanalının müxbiri Qurami Roqava, Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Bu barədə Sputnik Azərbaycan-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan XİN - Sputnik Azərbaycan
Yapon jurnalist Azərbaycanın "qara siyahı"sından çıxarıldı

Məktubunda Q.Roqava Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

"Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Qurami Roqava Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Q.Roqava həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib. Roqavanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib" — XİN-in məlumatında bildirilir.

Xəbər lenti
0