Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerikalı generaldan ruslarla bağlı ilginc iddia

Abunə olmaq
Stefan Tovnsed: "Rusiyaya aid qırıcılar İŞİD-in əlində olduğunu zənn etdikləri kəndi bombalayıb. Halbuki o kənd PYD-nin nəzarətindədir".

BAKI, 2 mart — Sputnik. "Rus döyüş təyyarələri Suriyanın şimalında kürd silahlı dəstəsi PYD-ni bombalayıb". Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bunu İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiyanın ABŞ-dan olan komandiri general-polkovnik Stefan Tovnsed deyib.

Amerikalı komandirin iddiasına görə, rus təyyarələri PYD-ni səhvən bombalayıb: "Rusiyaya aid qırıcılar İŞİD-in əlində olduğunu zənn etdikləri kəndi bombalayıb. Halbuki o kənd PYD-nin nəzarətindədir".

S. Tovnsedin iddialarına Kremldən hələlik heç bir şərh verilməyib.

Xəbər lenti
0