Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı alimlərdən unikal kəşf: yeni era başlayır

© AFP 2024 / PHILIPP GUELLANDKimyəvi silah
Kimyəvi silah - Sputnik Azərbaycan
Abunə olmaq
Ən güclü kimyəvi silahları da təsirsiz hala gətirə bilən xüsusi nano hissəciklər kəşf edilib

BAKI, 1 mart — Sputnik. Moskva Dövlət Universitetinin professoru Aleksandr Kabanov ən güclü kimyəvi silahları təsirsiz hala gətirə bilən xüsusi nano hissəciklər kəşf etdiklərini açıqlayıb. Sputnik xəbər verir ki, elmi konfrans zamanı rusiyalı alimlərlə bir araya gələn Kabanov, jurnalistlərə olduqca vacib məlumatlar verib.

Kimyəvi silahlar əleyhinə kəşf etdikləri nano hissəciklər barədə danışan A. Kabanov, dünyada yeni eranın başladığını söyləyib: "Həmkarlarımla uzun müddətdir üzərində işlədiyimiz və müsbət nəticə əldə etdiyimiz yeni kəşf barədə danışmaq istərdim. Zəhərin qarşısını alan maddəni, zülallar ilə polimerlər arasındakı elektrostatik sayəsində əldə etdik".

"Bununla nano hissəciklər bədənin müəyyən hissələrinə göndərilərək istənilən zəhərli və kimyəvi maddələri yox edə bilir. Bu, olduqca sadə, ancaq dünya üçün böyük bir kəşfdir" — deyə Aleksandr Kabanov qeyd edib.

Xəbər lenti
0