BAKI, 27 fev – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-10 mart tarixlərində Rusiyanın paytaxtı Moskvada rəsmi səfərdə olacaq.
Sputnik Türkiyə xəbər verir ki, bu haqda Türkiyənin Moskvadakı səfirliyi məlumat yayıb. Putin və Ərdoğan paytaxt Moskvada keçiriləcək Rusiya-Türkiyə yüksək əməkdaşlıq şurasına sədrlik edəcək. Beləliklə də, 24 noyabr 2015-ci il təyyarə böhranından sonra dondurulan şura toplantıları yenidən işə başlamış olacaq.
Xatırladaq ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə 2016-cı ilin avqustunda görüşmüşdü.