BAKI, 26 fev — Sputnik. Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda yürüş keçirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Dəniz Vağzalının qarşısından başlayan yürüş “Xocalı” abidəsinin önündə bitəcək.
Yürüşdə Azərbaycan prezidenti İlham Əliyev, hökumət və dövlət rəsmiləri iştirak edirlər.
Aksiyaya paytaxt sakinləri, Xocalı soyqırımının canlı şahidləri də qatılıblar.