QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xələf Xələfov: “Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”

© Photo : APAЗаместитель министра иностранных дел Азербайджана Халаф Халафов, фото из архива
Заместитель министра иностранных дел Азербайджана Халаф Халафов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini: "Heç olmasa, dünyaya biz tanıtmalıyıq ki, Azərbaycan xalqına qarşı belə bir cinayət baş verib və bu cinayətin səbəbkarları məsuliyyətə cəlb olunmayıb"

BAKI, 26 — Sputnik. “Xocalı soyqırımına siyasi, hüquqi qiymət verilməsi və cinayətkarların məsuliyyətə cəlb olunmasının təmin edilməsi üçün hüquqi mexanizmlər tətbiq etmək lazımdır”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bunun üçün beynəlxalq qurumlarla əməkdaşlıq çox vacibdir: 

“Bir tribunalın, tanınmış hüquqşünaslardan ibarət olan hüquqi mexanizmlərin yaradılması vacibdir ki, bəşəriyyətin ən böyük faciələrindən biri olan, 20-ci əsrin sonlarında baş vermiş cinayəti törədənlər məhkəmə qarşısına çıxsın, cinayət məsuliyyətinə cəlb edilsin. Çünki daim insanları düşündürməlidir ki, insanlığın vicdanını yumaq lazımdır. Bunun yuyulması üçün yeganə yol həmin cinayəti törətmiş təşkilatların, hərbçilərin, terrorçuların mütləq öz cəzalarını almasıdır. Biz bilirik ki, bu cinayəti törədənlərin çoxu bu gün siyasətlə məşğul olur, Ermənistan hakimiyyətində yuva qurub, Ermənistanın hərbi rejiminin başında durur. Buna görə də bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Mən düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı, damarında Azərbaycan qanı axan hər bir şəxs bu istiqamətdə öz töhfəsini verməlidir. Heç olmasa, dünyaya biz tanıtmalıyıq ki, Azərbaycan xalqına qarşı belə bir cinayət baş verib və bu cinayətin səbəbkarları məsuliyyətə cəlb olunmayıb. Bu istiqamətdə hər kəs öz borcunu yerinə yetirməlidir”.

Xəbər lenti
0