QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Fransadan mesaj: Dağlıq Qarabağla bağlı bu status-kvo qəbuledilməzdir

© AFP 2024 / Lucas BARIOULETEyfel qülləsi
Eyfel qülləsi - Sputnik Azərbaycan
Abunə olmaq
Didye Şode: "Azərbaycan istəsə, günü sabah Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər"

BAKI, 25 fev — Sputnik. Azərbaycan istəsə, günü sabah Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Parisdə, Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən "Qafqaz dövlətləri: Fransanın geosiyasi və maraq məkanları" mövzusunda konfransda Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) nəşr direktoru, geosiyasət üzrə ekspert Didye Şode deyib. 

Qafqaz məkanında baş verən hadisələri təhlil edən D.Şode Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayırıb.

Стрельба из гранатомета, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan MN: Mövqelərimizə hücum edilib, itkilərimiz var

D.Şode Azərbaycanın hərbi imkanlarından söz açıb, onun hərbi büdcəsini Ermənistanın dövlət büdcəsi ilə müqayisə edib. O, həmçinin münaqişənin hazırkı vəziyyəti haqqında məlumat verərək, dünya dövlətlərinin, xüsusilə də Qərbin laqeydliyinə, Minsk qrupunun zəif fəaliyyətinə və bəzi ölkələrin ikili yanaşmasına toxunub. Ekspert real vəziyyətin Ermənistanın müstəqil olmadığını göstərdiyini bildirib.

Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo Azərbaycan üçün qəbuledilməzdir və bu vəziyyət belə davam edə bilməz.

D.Şode 2016-cı ilin aprelində erməni təxribatı nəticəsində yaranan 4 günlük müharibənin Azərbaycanın nəyə qadir olduğunu bir daha aydın göstərdiyini vurğulayıb.

Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
XİN: "Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı Ermənistandır"
  

O əlavə edib ki, Azərbaycan hər an işğal altındakı torpaqlarını azad etməyə qadirdir.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük dövlətlərin təzyiqinin vacib olduğunu qeyd edib.

Sonra müzakirələr aparılıb və konfransda iştirak edən tədqiqatçılar suallarla müraciət edib, öz fikirlərini bölüşüblər. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov müzakirələrə qoşularaq Xocalı soyqırımının törədilməsinə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın əmr verdiyini söyləyib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun qəbuledilməz olduğunu vurğulayıb.

Xəbər lenti
0