QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Xocalı soyqırımının tanıdılması üçün həyata keçirilən tədbirlər nəticə verir"

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əsgərov: “Xocalı soyqırımından 25 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç vaxt da unudula bilməz. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir”.

BAKI, 24 fev — Sputnik. Xocalıda törədilən dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentdə çıxışı zamanı deyib. 

O, bildirib ki, Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanıb.

Z.Əsgərov deyib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir: “Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir”.

“Xocalı soyqırımından 25 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç vaxt da unudula bilməz. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir” — o bildirib.

Xəbər lenti
0