QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azərbaycanlılara qarşı soyqırımı siyasətinin 200 ildən artıq yaşı var"

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov deyib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünya miqyasında tanınması üçün mühüm işlər görür

BAKI, 24 fev-Sputnik. Milli Məclisin plenar iclasında Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsi müzakirə edilir.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bu faciənin xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımlardan biri olduğunu söyləyib: “Bu siyasətin 200 ildən artıq yaşı var. Ötən əsrlərdən bəri erməni terrorçuları tərəfindən soydaşlarımıza qarşı dəhşətli soyqırımı cinayətləri törədilib. Milyonlarla soydaşımız öz yurd-yuvasından qovulub, deportasiya edilib”.

Oqtay Əsədov deyib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünya miqyasında tanınması üçün mühüm işlər görür: “Bu işlərin həyata keçirilməsində Milli Məclisin də böyük rolu olub. Bunun nəticəsidir ki, onlarla ölkənin parlamentində Xocalı soyqırımı tanınıb, bu haqda müvafiq qərarlar qəbul edilib”. 

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Milli Məclisin Xocalı soyqırımının 25 illiyi ilə bağlı iclası keçirilir

Parlament sədri bildirib ki, bu vəhşilikləri törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək: “Azərbaycan Prezidenti bu istiqamətdə qətiyyətli siyasət yürüdür. Hər birimiz əminik ki, işğal altında olan hər bir qarış torpağımız tezliklə azad olunacaq”.

Müzakirə olunan qərar layihəsində bildirilir ki, Qarabağ müharibəsinin gedişində Ermənistan Silahlı Qüvvələri tərəfindən 18 mindən çox azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil olub, 4750 adam əsir və itkin düşüb, girov götürülüb, 877 şəhər, kənd və qəsəbə qarət edilib, dağıdılıb və yandırılıb.

Layihədə həmçinin qeyd olunur ki, erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv ediblər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar, 44 məbədi və 9 məscidi təhqir ediblər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilib.

Xəbər lenti
0