BAKI, 24 fev – Sputnik. Vitali Çurkinin ani ölümündən sonra Rusiyanın BMT nümayəndəsi vəzifəsini müvəqqəti olaraq Pyotr İliçev icra edəcək.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hökumətin əmri ilə bu vəzifənin müvəqqəti icrası baş nazirin birinci müavininə həvalə edilib.
Xəbərdə qeyd olunur ki, İliçev bu vəzifəni Rusiyanın BMT yanında yeni daimi nümayəndəsi təyin edilənə qədər icra edəcək.