BAKI, 23 fev — Sputnik. Rusiya baş nazirinin müavini Dmitri Roqozin Twitter-dəki səhifəsində ölkəsinin 3 müttəfiqinin olduğunu bildirib.
O, 3 müttəfiq deyəndə ordu, donanma və hərbi-sənaye kompleksini nəzərdə tutduğunu qeyd edib.
У России три союзника — армия, ВМФ и #ОПК. Поздравляю наших верных союзников с Днём защитника Отечества! Особая моя благодарность ветеранам!
— Дмитрий Рогозин (@Rogozin) 23 февраля 2017 г.
Roqozin bu açıqlaması ilə rus imperatoru III Aleksandrın məşhur ifadəsini bir daha xatırlatmış olub. İmperator Rusiyanın yalnız iki müttəfiqinin olduğunu bildirmişdi. Bu dostlar ordu və donanma imiş. İmperatorun fikrincə, digər dostlar ilk imkan düşəndə Rusiyanın əleyhinə olacaqlar.