BAKI, 22 fev – Sputnik. “Rusiya ilə müharibə təhlükəsi artıb”. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko ordu rəhbərləri ilə görüşü zamanı deyib: “Moldovanın Dnestryanı bölgəsində yerləşdirilmiş rus hərbi kontingenti hər an ölkəmizin sərhədlərinə hücuma keçə bilər”.
Ukrayna prezidenti, Rusiyanı Krımda hərbi mövcudluğunu artırmaqda da ittiham edib.
“Rusiya ilə irimiqyaslı müharibə təhlükəsi onsuz da var idi, indi bu təhlükə daha da artıb” – Poroşenko əlavə edib.