Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunacaq. Keçən 25 il iki qonşu ölkənin strateji tərəfdaşlığına yol açan vacib hadisələrlə zəngin olub. Ötən dövrdə iki ölkənin münasibətlərində hansı meyarlara üstünlük verildiyi və hazırda bu əlaqələrdə hansı məsələlərin aktuallıq təşkil etməsi barədə aşağıdakı şəxslər danışacaqlar:
— Markov Sergey Aleksandroviç – Rusiya İctimai Palatasının üzvü
— Puşkina Oksana Viktorovna – Rusiya Dövlət Dumasının ailə, qadın və uşaqlar üzrə komitəsinin sədr müavini (Vahid Rusiya), teleaparıcı
— Yuşşenko Aleksandr Andreyeviç – Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə üzrə komitəsinin sədr müavini (RFKP)
— Marinin Sergey Vladimiroviç – Dövlət Dumasının torpaq münasibətləri və tikinti komitəsinin sədr müavini (RLDP)
— İsayev Nikita Oleqoviç – Aktual iqtisadiyyat institutunun direktoru
Əlaqələr:
Telefonlar: 404-13-84/85