Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Düşmənin artilleriya atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

© Sputnik / Murad OrujovВоенная техника на территории Физулинского района, фото из архива
Военная техника на территории Физулинского района, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub

BAKI, 22 fev — Sputnik. Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Sputnik Azərbaycan-ın Qarabağ bürosunun məlumatına görə, Xanoğlan Xəlilov 1997-ci il təvəllüdlüdür və Şəmkirin Seyidlər kəndində anadan olub.

Xəbər lenti
0