Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 21 fev — Sputnik. Ermənistan silahlı birləşmələri Ağdamın cəbhə xəttinə yaxın yerləşən kəndlərini atəşə tutub.
Sputnik Azərbaycan-ın məlumatına görə, qarşı tərəf yandırıcı güllələrdən də istifadə edib. Atılan güllələrdən bir neçəsi təmas xəttinə yaxın yerləşən Hacıməmmədli kəndi ərazisindəki məcburi köçkünlərin təsərrüfatındakı ot tayasına dəyib.
Təsərrüfat sahibi Nuridə Məmmədovanın sözlərinə görə, 1500 tona yaxın ot yanıb. Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və alovun yaxınlıqdakı digər obyektlərə keçməsinin qarşısı alınıb.
Təmas xəttində sükutu Azərbaycan ordusunun cavab atəşindən sonra bərpa etmək mümkün olub.