Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov Krım mövzusuna birdəfəlik son qoydu

© REUTERS / Maxim ShemetovÜzündə Rusiya bayrağı çəkmiş qız
Üzündə Rusiya bayrağı çəkmiş qız - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN başçısı: "Özünüzə aid olan bir şeyi kirayələyə bilməzsiniz"

BAKI, 20 fev – Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, sonradan Rusiyanın tərkibinə qatılan Krım yarımadası ilə bağlı “New York Times” qəzetində çıxan yazıya münasibət bildirib. 

Sputnik xəbər verir ki, sözügedən qəzetdə çıxan “Ukrayna ilə münasibətləri normallaşdırmaq üçün Rusiya Krımı icarə formasında uzun müddətə kirayələməyi planlayır” başlığını şərh edən S.Lavrov, Moskvanın bu düşüncədə olmadığını söyləyib. 

“Özünüzə aid olan bir şeyi kirayələyə bilməzsiniz. Bu mövzuda başqa bir şey danışmaq istəmirəm. Təəssüf ki, qərb bloku Ukrayna hökumətinin Minsk razılığına əməl etmədiyini ört-basdır eləmək üçün diqqətləri yayındırmağa çalışır” – Rusiya XİN başçısı qeyd edib.


Xəbər lenti
0