QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalı soyqırımının tanınmasında medianın rolu böyükdür

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidВ студии радио Sputnik
В студии радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Umud Mirzəyev: “Obyektiv informasiya olmasa konfliktlərin qarşısını almaq mümkün deyil”

Umud Mirzəyev: “Son 25 ildə Azərbaycan haqqında təsəvvürlər dəyişib”
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev deyir ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu böyükdür: “Media konfliktlərin qarşısının alınmasında əsas məsuliyyətli qurumlardan biridir, vətəndaş cəmiyyətidir. Son 25 ildə Azərbaycanla bağlı təsəvvürlər dəyişməkdədir. Beynəlxalq mətbuatda Azərbaycan həqiqətləri ilə bağlı ardıcıl məlumatlar gedir”.

“Bu gün Amerikada Xocalı soyqırımı qəbul olunursa, burda medianın payı var. Obyektiv informasiya olmasa, prblemlərin, konfliktlərin qarşısını almaq mümkün deyil. Beynəlxalq mediya ilə əməkdaşlıq edib Azərbaycan haqqında, son 25 ildə xalqımızın başına gətirilənlər barədə ardıcıl işlər görülməlidir” — deyə o bildirib.

Xəbər lenti
0