BAKI, 20 fev — Sputnik. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya XİN-i açıqlama yayıb.
Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir. Vitali Çurkin 65 yaşına bir gün qalmış dünyasını dəyişib.
Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub, həmçinin ölkəsini və BMT Təhlükəsizlik Şurasında təmsil edib.