BAKI, 16 fev — Sputnik. Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Münhendə ATƏT Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) ilə görüşüb.
Sputnik Ermənistan-ın verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub.
Görüşdə tərəflər qeyd ediblər ki, dinc yolla nizamlanma prosesinin irəliləməsi üçün lazım olan şəraitin yaradılmasından ötrü Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların reallaşdırılması zəruridir.
Görüşdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.