QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Təmas xəttində növbəti monitorinq keçiriləcək

© Photo : Tərtər rayon İcra HakimiyyətiTərtər rayonunda monitorinq. Arxiv şəkli
Tərtər rayonunda monitorinq. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

BAKI, 15 fev — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcək.

Xəbər lenti
0