BAKI, 15 fev — Sputnik. Türkiyə və Rusiya hökumətləri arasında imzalanan "Şəhidlik müqaviləsi" Türkiyə Böyük Millət Məclisində qəbul edilib. Sputnik Azərbaycan bu barədə "Cumhuriyyet" qəzetinə istinadən xəbər verir.
Həmin müqaviləyə əsasən, Birinci Dünya Müharibəsi zamanı əsir düşən, düşərgələrdə həyatını itirən, Rusiyanın Krasnoyarsk bölgəsində dəfn olunan türk əsgərləri üçün şəhidlik abidəsi ucaldılacaq. Bundan başqa, Vladivostok, Xirov və Petrovsk şəhərlərində olan türk əsgər məzarlarının tapılması və bu şəhərlərdə də abidə ucaldılması qərara alınıb.