QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Son bəlalarımızın başlandığı gün

© Sputnik / V.Chistyakov / Mediabanka keçidXankəndidə (Stepanakertdə) ilk mitinqlər, arxiv şəkli
Xankəndidə (Stepanakertdə) ilk mitinqlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
DQMV-nin mərkəzi Stepanakert şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" şüarı altında ilk mitinq 29 il əvvəl keçirilib

BAKI, 12 fev — Sputnik. 1988-ci il fevralın 12-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlayıb.

DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana “birləşmə”) şüarı altında mitinq keçirilib.

"Miatsum" ideyasına əsasən Qarabağ Ermənistana birləşdirilməli, Ermənistan və Qarabağda yaşayan azərbaycanlılar isə öz torpaqlarından qovulmalı idilər.

"Miatsum" ideyası erməni cəmiyyətində özünə geniş dəstək tapıb, erməni cəmiyyətinin böyük hissəsi bu təcavüzkar ideyanın tərəfdarına çevrilib. Bu ideyanın nəticəsində hər iki tərəfdən on minlərlə insan həlak olub və ömürlük şikəst qalıb. Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal olunub, bir milyona yaxın vətəndaşı qaçqın düşüb.

Xəbər lenti
0