BAKI, 12 fev — Sputnik. Rusiya Federasiyasının Altay Respublikasında helikopter qəzaya uğrayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, ekskursiya uçuşu həyata keçirən “Robinson” tipli helikopter Teletsk gölünə düşüb. Helikopter düşən yerdə suyun dərinliyi 280 metr təşkil edir.
İlkin məlumata görə, helikopterin göyərtəsində 5 nəfər olub. Onların arasında Altay Respublikasının baş nazirinin keçmiş müavini Anatoli Bannıx və onun 2 övladı da var. Bannıx 2009-cu ildə analoji helikopter qəzasından sağ qurtara bilmişdi.
Qərbi Sibir Nəqliyyat Prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb.