BAKI, 10 fev — Sputnik. Fevralın 9-u axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatına görə, qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir.