BAKI, 10 fev — Sputnik. "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 297 nəfər axtarışa verilib, onların barəsində həbs qərarı çıxarılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə keçirilən "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatında deyib. Onun sözlərinə görə, indiyədək həmin şəxslərin heç biri tutulmayıb: "Bu da ikili standartların bariz nümunəsidir".